Tomas Tuxel: "Qələbə qazanmağa layiq olduğumuz matçda çox əziyyət çəkdik"
sizinxeber.az xəbər saytı

Tomas Tuxel: "Qələbə qazanmağa layiq olduğumuz matçda çox əziyyət çəkdik"


Futbol üzrə İngiltərə millisi Konqo Demokratik Respublikası (DR) üzərində qalib gəldiyi matçda çox əziyyət çəkib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Tomas Tuxel Konqoya qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis qələbə qazandıqları oyunu şərh edib:

"Mümkün olan ən pis başlanğıcı etdik. Lakin daha sonra inandıq və hər şey yaxşı oldu. Rəqibin ilk zərbəsi qolla nəticələndi, bundan sonra işimiz daha da çətinləşdi. İlk su fasiləsindən sonra isə oyuna tam nəzarəti ələ aldıq. Meydana sonradan daxil olan futbolçular da komandaya böyük töhfə verdilər və sonda qələbə qazandıq. Düşünürəm ki, qalib gəlməyə layiq idik, amma bunun üçün çox əziyyət çəkməli olduq.

Ən vacibi odur ki, oyun nə qədər çətinləşsə də, səbirli olmalı və qələbəyə olan inamı itirməməliyik. Rəqib komandanın qapıçısı Mpasi möhtəşəm mübarizə apardı, onun etdiyi seyvlər həqiqətən inanılmaz idi".

Qeyd edək ki, İngiltərə Konqo seçməsinə 2:1 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.

Oxşar xəbərlər

Tomas Tuxel: "Qana kimi komandaların qapısından top keçirmək çətindir"
Tomas Tuxel: "Panamaya qarşı bu qədər qol imkanı yaradan yeganə komanda biz olduq"
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
Portuqaliya millisinin baş məşqçisi: "Konqo ilə matçda hücumdakı kəskinliyimizi itirdik"
Nestor Lorenzo: "Konqo DR ilə oyunda daha yaxşı nəticəyə layiq idik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər