Azim Abasov: "Satınalma sahəsində qanunvericilik 20 ildə təxminən 100 dəfə dəyişdirilib"
Azərbaycanda dövlət satınalmaları sahəsində qanunvericilik son 20 il ərzində təxminən 100 dəfə dəyişdirilib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abasov Bakıda keçirilən Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib.
Onun sözlərinə görə, dövlət satınalmaları haqqında ilk qanun 2001-ci ildə qəbul olunaraq həmin il yanvarın 29-dan qüvvəyə minib: "Sonrakı 20 il ərzində qanuna təxminən 100 dəyişiklik edilib. Daha sonra 2023-cü ildə yeni Dövlət satınalmaları haqqında qanun qəbul olunub və bu qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minib".
O bildirib ki, dövlət satınalmalarının auditi zamanı elektron satınalma portalı ilə yanaşı, kütləvi informasiya vasitələri, banklar və digər qurumlardan əldə olunan məlumatlar da audit sübutlarının mənbəyi kimi istifadə edilir: "Satınalma auditində əsas məlumat mənbələrindən biri elektron satınalma portalıdır: "Bununla yanaşı, audit olunan təşkilatlardan alınan daxili sənədlər, o cümlədən komissiya qərarları, ehtimal olunan qiymət arayışları, bağlanmış müqavilələr və təhvil-təslim aktları da araşdırılır. Həmçinin nəzarət və hüquq-mühafizə orqanlarından, banklardan, statistika qurumlarından, eləcə də kütləvi informasiya vasitələrindən əldə olunan məlumatlar audit sübutlarının formalaşdırılmasında istifadə olunur".
A. Abasov əlavə edib ki, audit zamanı düzgün və dolğun məlumatların toplanması dövlət satınalmalarının qanunvericiliyə uyğunluğunun və səmərəliliyinin obyektiv qiymətləndirilməsi üçün həlledici əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Ekspert: "Satınalma sistemlərinin qiymətləndirilməsi iqtisadi səmərəliliyi artırır"
Svetlana Orlova: "Azərbaycan dövlət satınalmalarının auditi sahəsində beynəlxalq gündəliyə fəal qoşulub"
Hesablama Palatası: "Satınalma auditində korrupsiya və maraqlar toqquşması riskləri xüsusi qiymətləndirilir"
Dövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb
Hesablama Palatası dövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
