Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
sizinxeber.az xəbər saytı

Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib


Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə Xızı rayonunda keçirilən şose velosipedi üzrə ölkə çempionatında qrup ötüşməsinin qalibləri müəyyənləşib.

"Report" AzVİF-ə istinadən xəbər verir ki, çətin dağ relyefi və gərgin mübarizə şəraitində baş tutan yarış 4 yaş kateqoriyası üzrə keçirilib.

Gənc oğlanların 96 kilometr məsafəyə yarışında Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin təmsilçisi Nihad Xudoyev bütün rəqiblərini qabaqlayaraq ölkə çempionu adını qazanıb. Həmin məktəbin digər idmançısı Məryəm Hüseynova isə 17 yaşadək qızların 40 kilometrlik yarışında finiş xəttini birinci keçərək qızıl medala sahib olub.

17 yaşadək oğlanların 70 kilometrlik yarışında "AE Cycling School"un idmançısı Raul Mahmudov bütün rəqiblərindən güclü olub. Elit/U23 kişilərin 118 kilometrlik mübarizəsində isə eyni klubun təmsilçisi Musa Mikayılzadə inamlı çıxışı ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bütün ölkə çempionlarına medal və diplomlarla yanaşı, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən xüsusi çempion köynəyi də təqdim edilib.

Gənc oğlanlar (96 km)

1. Nihad Xudoyev (ROEQİUGVM)

2. Çingiz İsayev (ROEQİUGVM)

3. Rəhim Nağıyev (ROEQİUGVM)

Elit/U-23 kişilər (118 km)

1. Musa Mikayılzadə (AE Cycling School)

2. Nofəl Nuriyev (AE Cycling School)

3. Əli Qurbanov (AE Cycling School)

U-17 qızlar (2010-2011) (40 km)

1. Məryəm Hüseynova (ROEQİUGVM)

2. Sevinc Sultanzadə (AE Cycling School)

3. Marina Akimova (ROEQİUGVM)

U-17 oğlanlar (2010-2011) (70 km)

1. Raul Mahmudov (AE Cycling School)

2. İlkin Sadıqzadə (Təhsil)

3. Əli Zeynalzadə (ROEQİUGVM)

Qeyd edək ki, ölkə çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndərilib. Əldə olunan nəticələr idmançıların və milli federasiyaların beynəlxalq reytinq cədvəllərində əksini tapacaq.

Oxşar xəbərlər

Şose velosipedi üzrə Azərbaycan çempionatında qrup ötüşməsinə start verilib
Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub
Stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub
Həndbol üzrə yeniyetmələr arasında ölkə birinciliyinə yekun vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər