İranla ABŞ arasında operativ əlaqə kanalı yaradılır
ABŞ ilə İran arasında anlaşma memorandumunun müşahidə qrupunun operativ əlaqə kanalı yaradılır.
"Sizinxeber.az" ISNA-ya istinadən xəbər verir ki, bunu Dohada Qətər, İran və Pakistanın iki iclası barədə danışan İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
"Qərara alınıb ki, müşahidə qrupunun operativ əlaqə kanalı sabaha qədər yaradılsın və anlaşma memorandumunun çatışmazlıqları rəsmi, sənədli şəkildə diqqətə çatdırılsın, müzakirə edilsin və qərarlar qəbul olunsun", - o bildirib.
Bundan başqa, İranın dondurulmuş səhmləri ilə bağlı müzakirələr aparılıb: "Qətər rəsmiləri, o cümlədən Mərkəzi Bankla keçirilən görüşlərdə ilkin altı milyard dolların bir hissəsinin xərclənməsi ilə bağlı bəzi məsələlər nəzərdən keçirilib və qərara alınıb ki, ölkəmiz tərəfindən bildirilən ehtiyaclara uyğun olaraq zəruri malların alınması və onların İrana verilməsi həyata keçirilsin".
Oxşar xəbərlər
Pezeşkian: İranla Qətər arasında altı milyard dolların verilməsinə dair yaxşı anlaşma əldə olunub
Qəribabadi: Dohada İran və ABŞ nümayəndə heyətləri arasında heç bir görüş keçirilməyib
İranın XİN rəhbərinin müavini ABŞ ilə razılaşmanı təsdiqləyib
Qəribabadi: Hörmüzdən təhlükəsiz keçid İranın maraqları nəzərə alınmadan mümkün deyil
Qəribabadi: Hörmüzdən təhlükəsiz keçid İranın maraqları nəzərə alınmadan mümkün ola bilməz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
