Dövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb
Hesablama Palatası dövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb.
“Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən “Dövlət satınalmalarının auditi – Təcrübə və innovasiya” mövzusunda seminarda bildirib.
Onun sözlərinə görə, təkliflər bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini, hesabatlılığın artırılmasını və şəffaflığın gücləndirilməsini əhatə edir.
Sədr qeyd edib ki, dövlət satınalmaları səmərəli dövlət idarəçiliyi və maliyyə nəzarətinin əsas mexanizmlərindən biridir.
Onun sözlərinə görə, yeni qəbul olunmuş “Dövlət satınalmaları haqqında” qanunun tətbiqi dövlət satınalmalarının məbləğini əhəmiyyətli dərəcədə artırıb. Bununla belə, yeni qanunvericiliyin icrası zamanı müəyyən çətinliklər və təkmilləşdirilməli məqamlar mövcuddur.
Oxşar xəbərlər
Hesablama Palatası dövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb
Hesablama Palatası: “Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiqində çətinliklər var
Hesablama Palatasının aşkar etdiyi maliyyə pozuntularının tərkibi açıqlanıb
Hesablama Palatası: Gələn ildən Naxçıvanda "Dövlət auditi" proqramı üzrə təlimlər keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
