Ekspert: "Satınalma sistemlərinin qiymətləndirilməsi iqtisadi səmərəliliyi artırır"
sizinxeber.az xəbər saytı

Ekspert: "Satınalma sistemlərinin qiymətləndirilməsi iqtisadi səmərəliliyi artırır"


Dövlət satınalmaları sisteminin qiymətləndirilməsi yalnız ayrı-ayrı satınalma prosedurlarının deyil, bütövlükdə sistemdə mövcud olan problemlərin müəyyənləşdirilməsi və islahat istiqamətlərinin müəyyən olunması baxımından mühüm əhəmiyyət daşıyır.

"Sizinxeber.az" xəbər verir ki, bunu beynəlxalq ekspert Daniel Iversen Bakıda keçirilən Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib.

Onun sözlərinə görə, dövlət satınalmalarının qiymətləndirilməsi üzrə müxtəlif metodologiyalar, o cümlədən MAPS metodologiyası sistemin ümumi vəziyyətini, inkişaf meyillərini, güclü və zəif tərəflərini müəyyən etməyə imkan verir: "Belə qiymətləndirmələr peşəkarlaşma, elektron satınalmalar, dayanıqlılıq kimi istiqamətləri də əhatə edir və məqsəd ayrı-ayrı halları araşdırmaq deyil, ümumi mənzərəni formalaşdırmaqdır. Dövlət satınalmaları sisteminin qiymətləndirilməsi iqtisadi səmərəliliyin, məhsuldarlığın və nəticəliliyin artırılmasına, eləcə də sistem xarakterli problemlərin müəyyən edilməsinə xidmət edir. Toplanan sübutlar əsasında həyata keçirilə bilən və əsaslandırılmış tövsiyələr hazırlanır".

D.İversen bildirib ki, standartlaşdırılmış yanaşmalar ölkələrin satınalma sistemlərini zaman üzrə müqayisə etməyə, dövlət maliyyəsinin idarə olunması və digər siyasət istiqamətləri ilə uyğunlaşdırmağa imkan yaradır: "Qiymətləndirmələrin uğurlu olması üçün maraqlı tərəflərin yalnız məlumatların toplanması mərhələsində deyil, tövsiyələrin icrası prosesində də fəal iştirakı vacibdir".

Oxşar xəbərlər

Dövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb
Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq
Hesablama Palatası satınalma qanunvericiliyinə yenidən baxılmasını təklif edir
ADB Azərbaycanı dövlət satınalmalar sisteminin modernləşdirilməsi üzrə regional layihəyə daxil edib
Vüqar Gülməmmədov: "Yeni satınalma qanunu üzrə 3 əsas təklif hazırlanıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər