Ədliyyə orqanlarında işləmək istəyənlər üçün söhbət mərhələsi keçiriləcək
Ədliyyə Nazirliyi ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqədə iştirak edən namizədlərə müraciət edib.
Nazirlikdən Sizinxeber.az-ya verilən xəbərə görə, müraciətdə deyilir ki, Ədliyyə Nazirliyinin 1 dekabr 2024-cü il tarixində keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış namizədlər üçün müsabiqənin ikinci mərhələsi başlayır. Müsabiqə Komissiyası bildirir ki, həmin şəxslərin sənədləri toplanılaraq yoxlanılıb. 10 mart 2025-ci il tarixindən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlərlə bu mərhələdə söhbət keçirilməsinə başlanılacaq.
Söhbət Nazirliyin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək və onun vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcək.
Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. Təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərin qulluğa qəbul olunmaları məsələsinə baxılacaq.
Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
Oxşar xəbərlər
Dekabrın 1-də ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək
Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı müsabiqə elan edib
Ədliyyə Nazirliyində qulluğa qəbulla bağlı müraciətin vaxtı uzadılıb
Prokurorluğa qəbul üzrə imtahanın nəticələri açıqlanıb
Ədliyyə orqanlarına qəbulla bağlı söhbət mərhələsinin nəticələri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












