sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiyadan Abxaziyaya uçuşlar başlayacaq
“Ifly” aviaşirkəti mayın ikinci yarısından etibarən Rusiya ilə işğal altındakı Abxaziya bölgəsi arasında uçuşlara başlayacaq.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Rusiya mətbuatına aviaşirkətin nümayəndəsi məlumat verib.
"Hazırlıq mərhələsi başa çatdıqdan sonra uçuşların başlanması üçün konkret tarix müəyyən ediləcək. Düşünürəm ki, uçuşlar mayın ikinci yarısından başlayacaq" - deyə şirkətin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hazırda müntəzəm reyslərə hazırlığın texniki mərhələsi davam edir və Airbus A330 təyyarələrinin qəbulu və onlara xidmət göstərilməsi baxımından hava limanının texniki imkanları öyrənilir.
Oxşar xəbərlər
London və Tbilisi arasında birbaşa uçuşlar başlayacaq
Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində "prezident seçkiləri" keçirilir
Yağış günün ikinci yarısından tədricən kəsəcək
Rusiya XİN ölkə vətəndaşlarını Abxaziyaya səfərdən çəkinməyə çağırıb
Rusiya və ABŞ arasında İstanbul görüşündə Ukrayna müzakirə olunmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













