Ələt Azad İqtisadi Zonasında qida emalı layihələrinə investisiya yatırılması ilə bağlı çağırış edilib
sizinxeber.az xəbər saytı

Ələt Azad İqtisadi Zonasında qida emalı layihələrinə investisiya yatırılması ilə bağlı çağırış edilib


Ələt Azad İqtisadi Zonasında qida emalı layihələrinə investisiya yatırılması ilə bağlı çağırış edilib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov bu gün Bakı Ekspo Mərkəzində keçirilən "Aqro-Ərzaq Sistemlərinin Qarşılıqlı Əlaqəsində Logistikanın rolu: Marşrutlar dəhlizlər və onların təhlükəsizliyi- Xalqların rifahına aparan yol" adlı panel müzakirələrində deyib.

Onun sözlərinə görə, iqtisadi zona investorlar üçün geniş logistika imkanları, hazır infrastruktur və xüsusi güzəştlər təqdim edir: "Biz bu mötəbər tədbirin iştirakçılarını Ələt Azad İqtisadi Zonasında, xüsusilə qida emalı sahəsində investisiya yatırmağa və yeni bizneslər yaratmağa dəvət edirik. Zonada fəaliyyət göstərən investorlar nəqliyyat və logistika xidmətlərinə asan çıxış əldə edir, həmçinin vergi və gömrük güzəştlərindən yararlana bilirlər".

O qeyd edib ki, İqtisadi Zonada investorların şirkət qeydiyyatı, torpaq icarəsi və tikinti məsələləri daxili qaydalar əsasında tənzimlənir və dövlət qurumlarına əlavə müraciətə ehtiyac qalmır.

Oxşar xəbərlər

Valeh Ələsgərov: “Ələt Azad İqtisadi Zonasında 138 hektar ərazi investorlara təqdim ediləcək”
KƏŞ ölkələrinin sahibkarları Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərəcək
Ələt Azad İqtisadi Zonasında 138 hektar ərazi investorlara təqdim ediləcək
Ələt Azad İqtisadi Zonasında yağış sularının toplanması üçün xüsusi rezervuarlar hazırlanıb
Tatarıstanın rəisi Ələt Azad İqtisadi Zonasını ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər