Azərbaycan və İranın dəmir yolu rəsmiləri Astara Terminalındakı tikinti işi ilə tanış olub
sizinxeber.az xəbər saytı

Azərbaycan və İranın dəmir yolu rəsmiləri Astara Terminalındakı tikinti işi ilə tanış olub


"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İrana səfəri çərçivəsində bu ölkənin dəmiryol administrasiyasının rəhbəri Cabbar Əli Zakeri ilə birlikdə Astara Terminalında aparılan tikinti işləri ilə tanış olub.

"Sizinxeber.az" ADY-yə istinadən xəbər verir ki, terminala baxış zamanı layihənin icra vəziyyəti, görülən işlər və növbəti mərhələlər barədə ətraflı məlumat təqdim edilib. Bildirilib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas infrastruktur elementlərindən olan Astara Terminalında tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir.

Görüş zamanı tərəflər Azərbaycan və İranın dəmir yolları arasında əməkdaşlığın cari vəziyyətini, Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların inkişaf perspektivlərini və yük həcmlərinin artırılması imkanlarını müzakirə ediblər.

Qeyd olunub ki, Astara Terminalı tam istifadəyə verildikdən sonra illik 3,5-4 milyon ton yükötürmə qabiliyyəti ilə yük əməliyyatlarının daha səmərəli təşkilinə və regionun tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verəcək. İki ölkə arasında nəqliyyat-logistika əməkdaşlığının strateji komponentlərindən biri olan Astara Terminalının fəaliyyəti qarşılıqlı yük dövriyyəsinin artırılmasına, beynəlxalq yükdaşımaların sürətləndirilməsinə və Şimal-Cənub dəhlizinin rəqabətqabiliyyətinin yüksəldilməsinə xidmət edəcək.

Sonda Astara Terminalının tikintisinin tamamlanması və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb.

Qeyd edək ki, 2026-cı ilin 5 ayında Astara terminalında 345 min tondan çox yük aşırılıb. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 26 faiz çoxdur.

Oxşar xəbərlər

İranda Astara Terminalında görülən işlər müzakirə olunub - FOTO
ADY-nin sədri: "Astara" terminalının 2-3 ay ərzində istifadəyə verilməsi gözlənilir"
ADY: Astara terminalının inşası yükaşırmanı 4 milyon tona çatdıracaq
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Azərbaycan və İran "Cənub Yük Terminalı"nın fəaliyyətini genişləndirə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər