Vyetnamın Baş prokuroru Azərbaycana səfəri çərçivəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
sizinxeber.az xəbər saytı

Vyetnamın Baş prokuroru Azərbaycana səfəri çərçivəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib


Vyetnamın Baş prokuroru Nquyen Tiyenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub.

Bu barədə "Sizinxeber.az"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Baş nazir Əli Əsədov tərəfindən qəbul olunub. Görüşdə Baş prokuror Kamran Əliyev də iştirak edib. Tərəflər hər iki ölkə arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirib, iqtisadiyyat, ticarət, investisiya və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.

Həmçinin, nümayəndə heyətini Milli Məclisinin sədri Sahibə Qafarova qəbul edib. Görüş zamanı qanunvericilik aktlarının qəbul edilməsi və təkmilləşdirilməsi sahələrində parlamentlə prokurorluq orqanları arasında əməkdaşlıq təcrübəsi də müzakirə edilib.

Səfər proqramına uyğun olaraq, nümayəndə heyəti Azərbaycanın Konstitusiya Məhkəməsində olub. Sədr Fərhad Abdullayev qonaqlara məhkəmənin fəaliyyəti və Azərbaycan Konstitusiyasında insan hüquqlarının təminatları ilə bağlı məlumat verilib.

Keçirilən görüşlər qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olub.

Oxşar xəbərlər

Nquyen Tiyen: Azərbaycan-Vyetnam əlaqələrinin inkişafından məmnunam
Monqolustan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri başa çatıb
Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb
Kamran Əliyev Vyetnamda səfərdə olub
Kamran Əliyev: Türkiyəyə səfərimizin məqsədi hüquqi sahədə əməkdaşlığı genişləndirməkdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər