FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər - FOTO
Mərakeş Krallığının Kasablanka şəhərində 5-7 iyun 2026-cı il tarixlərində III Dünya Korporativ Oyunları keçirilib.
Sizinxeber.az xəbər verir ki, yarışlarda 180 komandadan 1500-ə yaxın idmançı müxtəlif idman növləri üzrə öz qüvvələrini sınayaraq əzmkar mübarizə aparıblar. Yarışda Fövqəladə Hallar Nazirliyinin də komandaları iştirak edərək yüksək nəticələr göstəriblər.
Belə ki, voleybol yarışlarında Azərbaycanı təmsil edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət voleybol komandası 6 oyun keçirərək finala vəsiqə qazanıb. Finalda isə komanda əzmkar oyun nümayiş etdirərək Rusiyanın “ROSTEK” komandasına 2:0 hesabı ilə qalib gələrək qızıl medala sahiblənib.
3x3 basketbol yarışlarında mübarizə aparan FHN-in kişilərdən ibarət basketbol komandası 5 oyun keçirərək finalda Mərakeşin "FOUNDEVER 1" komandasına 11:4 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, gizir Əli Bayramov stolüstü tennis üzrə yarışda 6 oyun keçirərək bürünc medal əldə etməyi bacarıb.
Qaliblər kubok, medal və diplomlarla təltif ediliblər.
Oxşar xəbərlər
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
FHN-in voleybol komandaları qızıl medal qazanıblar
FHN-in kişilərdən ibarət basketbol komandası çempion adını qazanıb
FHN-in kişilərdən ibarət voleybol komandası yarışın çempionu olub
FHN-in voleybol komandası dövlət qurumları arasında keçirilən yarışın qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
