Çingiz Hüseynzadə: "Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı" çox uğurlu keçdi"
sizinxeber.az xəbər saytı

Çingiz Hüseynzadə: "Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı" çox uğurlu keçdi"


Milli Olimpiya Komitəsinin (MOK) təşkil etdiyi "Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı" çox uğurlu keçib.

"Report" xəbər verir ki, bunu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, idman ictimaiyyəti üçün keçirilən "Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı"nın əhəmiyyətini vurğulayıb:

"Bu tədbir dünya idmanında son zamanlar əsas məsələlərdən biri olan idmanda təhlükəsizlik mövzusuna həsr edilib. Azərbaycan artıq 3 ildir bu məsələ ilə əlaqədar beynəlxalq forumlar keçirir. Bu dəfə ölkədə fəaliyyət göstərən olimpiya idman növləri üzrə federasiyaları da işə cəlb etmək və onlarda təhlükəsiz idman üzrə mütəxəssislər hazırlamaq məqsədilə belə bir tədbir təşkil edilib. İki gün ərzində keçirilən seminar çox uğurlu olub. Burada federasiyaların ən məsul işçiləri iştirak edərək, sertifikat alıblar və bundan sonra öz idman növlərində təhlükəsizlik sahəsində çalışacaqlar".

Ç.Hüseynzadə yaradılan xüsusi komissiyanın fəaliyyəti barədə məlumat verib:

"Bu məqsədlə Milli Olimpiya Komitəsində xüsusi qrup təşkil edilib. Burada MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Atletlər Komissiyasının, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərlərindən biri iştirak edir. Federasiyalar çətinlik hiss edəndə müraciət edəcəklər və komissiya onlara yardımçı olacaq. Həmçinin idmançılar da bu qrupa müraciət edə biləcəklər".

Qeyd edək ki "Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı"na iyunun 4-də start verilib.

Oxşar xəbərlər

MOK-da "Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı" keçirilib
Gənclər və İdman Nazirliyi 2024-ci ilin idman yekunlarına həsr olunmuş tədbir keçirir
Beynəlxalq Olimpiya Komitəsinin əməkdaşı Bakıya gələcək
Çingiz Hüseynzadə: "Avropa Oyunları Azərbaycanın idman ölkəsi olmasının sübutu idi"
Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının nümayəndə heyətini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər