Xankəndidə su təsərrüfatı üzrə abonentlərin sayı açıqlanıb
sizinxeber.az xəbər saytı

Xankəndidə su təsərrüfatı üzrə abonentlərin sayı açıqlanıb


Xankəndi şəhərinin su təchizatı üzrə aparılmış araşdırmalara əsasən su mənbəyi Xəlfəli çay, diametri 530mm, uzunluğu 5.5 km magistral su kəməri və Cəmilli kəndi və Ballıca kəndi ərazisindən keçən çay məcrasından nasos vasitəsi ilə şəhərə qədər diametri 530mm, uzunluğu 9 km su kəməri və şəhər ərazisində 15 ədəd subartezian quyuları mövcuddur.

Bu barədə “Sizinxeber.az-Economics”ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Qeyd edilib ki, şəhərin relyefinə görə 10 zonaya bölünmüş və hər bir zona üzrə su anbarları (15000m3) mövcuddur. Şəhərin şəbəkəsi polietilen (d63-315mm, L=104km)borulardan ibarətdir, suyun təmizlənməsi ilə bağlı 2 ədəd su təmizləyici qurğular (2x8000 m3/gün), suyun zərərsizləşdirilməsi ilə bağlı xlorator qurğusu və suyun uçotunun aparılması üçün yeraltı quyularda quraşdırılmış su sayğacları mövcuddur.

Xankəndi şəhərində fəaliyyəti bərpa edilimiş dövlət qurumlarına və müxtəlif təşkilatların işçilərinin məskunlaşdığı 3264 abonentə xidmət göstərilir.

Eyni zamanda şəhərin hidravliki zonalarının və kanalizasiya sisteminin araşdırılması işləri aparılıb.

Şəhərin tullantı sularının kənarlaşdırılması üçün şəbəkə və kollektorlar mövcuddur və tullantı suları 27nöqtədən şəhərin kənarında yerləşən dərələrə axıdılır.Hazırda 67 km (D200-1200mm) kanalizasiya şəbəkəsi istismar olunur.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Xankəndi şəhərinə 36 ailə , Kərkicahan qəsəbəsinə 36 ailə köçürülüb.

Oxşar xəbərlər

Xocalıda su təchizatı sahəsində görülən işlər açıqlanıb
ADSEA Xankəndidə 3 300-ə abonentə xidmət göstərir
Xankəndidə su təsərrüfatı: mexanizm belə qurulub - VİDEO
ADSEA: Şuşada 30 istehlakçı və 535 abonentə xidmət göstərilir
Mingəçevirdə əhalinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər