Qarabağ və Şərqi Zəngəzurda mərkəzləşdirilmiş təmizləyici qurğular tikiləcək
sizinxeber.az xəbər saytı

Qarabağ və Şərqi Zəngəzurda mərkəzləşdirilmiş təmizləyici qurğular tikiləcək


Qarabağ və Şərqi Zəngəzurda bütün iri yaşayış məntəqələri üçün mərkəzləşdirilmiş təmizləyici qurğular tikiləcək.

Bunu "Sizinxeber.az"a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin sədr müavini İlham Quliyev bildirib.

Onun sözlərinə görə, məqsəd tullantı sularının idarə olunmasıdır.

"Regionda əhalinin məskunlaşdığı bütün iri yaşayış məntəqələrində çirkab sularının təmizlənməsi üçün müasir qurğular inşa ediləcək. Gələcəkdə bütün yaşayış məntəqələrində, iri yerlərdə təmizləyici qurğular qurulacaq və çirkab suları orada təmizləndikdən sonra çaylara axıdılacaq. Qısa müddətdə Şuşada su təchizatı və su anbarları ilə bağlı mühüm layihələr həyata keçirilib və infrastrukturun yenilənməsi davam edəcək", - deyə meliorasiya rəsmisi qeyd edib.

Oxşar xəbərlər

İlham Quliyev: "Su qıtlığı yaşayan rayonlara Qarabağdan magistral xətlər çəkilə bilər" - EKSKLÜZİV
Məhkəmədən Lənkəranda Xəzərə tullantı su axıdan qurumun 12 500 manat cərimələməsi istənilib
Bakıda 64 yaşayış məntəqəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi qurulacaq
Xankəndidə su təsərrüfatı: mexanizm belə qurulub - VİDEO
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər