İran dövlət agentliyi Bakıda bərpa üzrə layihələrin icrasını yüksək qiymətləndirib
İranın dövlət agentliyi IRNA-da WUF-13 çərçivəsində “Bakının uğurlu yenidənqurma layihələri təcrübəsi: İranın hədəf bölgələrinin bərpası üçün model” başlıqlı məqalə çap olunub.
APA-nın Tehran bürosunun məlumatına görə, IRNA “Ağ şəhər” və “Sovetski”də aparılan yenidənqurma və bərpa işlərinə yer verib, bunları çox uğurlu layihələr kimi qiymətləndirib.
Bildirilib ki, bu bərpa işləri İranda mövcud yaşayış problemlərinin həlli və köhnəlmiş ərazilərin yenidən qurulması üçün faydalı təcrübə və effektiv idarəetmə modeli kimi təqdim edilə bilər.
Yazıda Bakıda keçirilmiş WUF-13-də iştirak edən İranın Şəhər Yenidənqurma Şirkətinin idarə heyətinin üzvü Fəridun Babayi Əqdəmin fikirlərinə də yer verilib. Onun sözlərinə görə, “Qara şəhər”i “Ağ şəhər”ə çevirən layihə Xəzər dənizi sahilində geniş bir ərazini əhatə edir.
Fəridun Babayi Əqdəm qeyd edib ki, vaxtilə ekoloji çirklənməyə məruz qalmış ərazi hazırda yüksək əlavə dəyərə malik və yaşayış üçün əlverişli zonaya transformasiya olunub.
O, “Sovetski”də aparılan yenidənqurma və bərpa işlərinə də toxunub. Belə ki, layihə çərçivəsində ərazi mərhələli şəkildə park, yaşıllıq və küçələrə çevrilib, nəticədə yaşıllıq və keçid sahələrinin həcmi artırılıb.
İranlı rəsmi əlavə edib ki, İranda yüksək maliyyə və dövlət qurumları ilə mülkiyyətçilər arasında uzunmüddətli razılaşma problemləri səbəbindən bu cür layihələrin həyata keçirilməsi nadir hallarda mümkün olur.
Babayi Əqdəm əlavə edib ki, İran da öz hədəf bölgələrinin bərpası və yenidən qurulmasında bu layihələrdən istifadə edə bilər.
Oxşar xəbərlər
İndoneziya səfiri: Qarabağda aparılan bərpa işləri dayanıqlı inkişafın nümunəsidir
Azərbaycanın münaqişədən sonrakı bərpa təcrübəsi gələcəyin şəhərsalma modellərinə nümunədir - “Euronews”un reportajı
WUF13 çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı xüsusi təqdimatlar olacaq
BMT-nin rezident əlaqələndiricisi: Qarabağda aparılan bərpa işləri ləyaqətli qayıdışın nümunəsidir
Prezident İlham Əliyev “Rebuild Karabakh” sərgisinin iştirakçılarına məktub ünvanlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Aİİ sammiti Ermənistanın taleyini həll edəcək? - Peskov
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
