İndoneziya səfiri: Qarabağda aparılan bərpa işləri dayanıqlı inkişafın nümunəsidir
Qarabağda həyata keçirilən sürətli yenidənqurma və şəhərsalma işləri innovativ, inklüziv və dayanıqlı inkişafın uğurlu nümunəsidir.
"Sizinxeber.az-Economics"in Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) “Həssas və münaqişədən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə sülhə töhfə verən iqlim fəaliyyəti” adlı sessiyasından verdiyi məlumata görə, bunu İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmy bildirib.
Onun sözlərinə görə, Qarabağda aparılan genişmiqyaslı yenidənqurma işləri BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) bütün dünyada təşviq etdiyi innovativ, inklüziv və dayanıqlı bərpa modelinə tam uyğun gəlir.
“Qarabağa səfər etmişəm və orada görülən işlər məni çox təsirləndirib. Regionda həyata keçirilən sürətli transformasiya yüksək qiymətləndirilməlidir”, – deyə səfir qeyd edib.
B. Helmy bildirib ki, yenidənqurma prosesi gələcək riskləri azaltmalı, sosial həmrəyliyi gücləndirməli və yeni iqtisadi imkanlar yaratmalıdır.
Onun sözlərinə görə, İndoneziya iqlim dayanıqlığı, sülh quruculuğu və dayanıqlı şəhər inkişafını birləşdirən təşəbbüsləri dəstəkləyir.
Səfir əlavə edib ki, Azərbaycan hökumətinin Qarabağda həyata keçirdiyi layihələr post-münaqişə dövründə “daha yaxşı yenidən qur” (Build Back Better) prinsipinin uğurlu tətbiqinə nümunədir.
Oxşar xəbərlər
BMT-nin rezident əlaqələndiricisi: Qarabağda aparılan bərpa işləri ləyaqətli qayıdışın nümunəsidir
Elşad İskəndərov: İqlim dəyişikliyi və münaqişələr şəhərlərin inkişafı üçün yeni risklər yaradır
Xüsusi tapşırıqlar üzrə səfir: Bakı təşəbbüsü post-münaqişə ölkələrinin iqlim maliyyəsinə çıxışını genişləndirəcək
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
