27
may
2026
21:46
yuxarı
HƏMAS da onun ölümünü təsdiqlədi
HƏMAS da onun ölümünü təsdiqlədi
HƏMAS İzzəddin əl-Qəssam Briqadasının yeni liderlərindən biri olan Məhəmməd Odehin öldürüldüyünü təsdiqləyib.
Sizinxeber.Az xəbər verir ki, bu barədə qruplaşmanın rəsmi Teleqram kanalında məlumat verilib.
Məlumatda bildirilib ki, dünən İsrailin Qəzza şəhərindəki yaşayış binasına endirdiyi zərbə nəticəsində Odeh həyat yoldaşı və iki oğlu ilə birlikdə həlak olub.
Ancaq dərc edilən məlumatda Odehin hərbi qanadın rəhbəri olduğu açıqlanmayıb.
Qeyd edək ki, daha öncə İsrail Müdafiə Qüvvələri Odehin ölümü ilə bağlı məlumat yaymışdı.
