Çində kömür mədənində ölənlərin sayı 90 nəfərə çatıb - YENİLƏNİB-3
Çinin şimalında yerləşən Şansi əyalətindəki kömür mədənində qaz partlaması nəticəsində həlak olanların sayı 90 nəfərə yüksəlib.
"Report"un məlumatına görə, bu barədə şənbə günü Çinin Mərkəzi Televiziyası xəbər verib.
Axtarış-xilasetmə əməliyyatlarına ümumilikdə 345 nəfər cəlb edilib.
Çinin şimalında yerləşən Şansi əyalətinin Tsinyuan qəzasındakı kömür mədənində baş verən qəza nəticəsində həlak olanların sayı 82 nəfərə yüksəlib.
"Report"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verir.
Məlumata görə, Lyuşenyu kömür mədənində qaz partlayışı cümə axşamı baş verib. Xilasetmə işləri davam edir. Çin Sədri Si Cinpin hərtərəfli araşdırma aparılmasına və təqsirkarların qanuna uyğun olaraq məsuliyyətə cəlb edilməsinə çağırıb.
Çinin şimalında kömür mədənində baş verən qəza nəticəsində 50-dən çox adam həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verib.
Çinin Şansi əyalətindəki kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı səkkiz nəfər ölüb, daha 38 nəfər isə yerin altında qalıb.
"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli Fövqəladə Halların İdarə Olunması İdarəsinə istinadən məlumat yayıb.
Ehtimal edilir ki, mədənçilərin ölümünə dəm qazının səviyyəsinin icazə verilən səviyyəsini aşması səbəb olub.
Hakimiyyət orqanlarının məlumatına görə, xilasedicilər 201 nəfəri təxliyə edib və səkkiz qurbanın meyitini çıxara biliblər.
Qəzanın dəqiq səbəbi hələ müəyyən olunmayıb. Yer altında qalan mədənçilərin xilasetmə işləri davam edir.
Oxşar xəbərlər
Çində kömür mədənində ölənlərin sayı 80 nəfəri ötüb - YENİLƏNİB-2
Çində kömür mədənində qəza nəticəsində 50-dən çox adam ölüb - YENİLƏNİB
Çində kömür mədənində qəzada səkkiz nəfər ölüb
Çində kömür mədənində güclü partlayış olub, 82 nəfər ölüb
Azərbaycan Çinə başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
