Uillyam Samoei Ruto: Afrika BMT Təhlükəsizlik Şurasında təmsil olunmalıdır
sizinxeber.az xəbər saytı

Uillyam Samoei Ruto: Afrika BMT Təhlükəsizlik Şurasında təmsil olunmalıdır


1,5 milyard əhalisi olan Afrika qitəsi BMT-nin ən yüksək qərar qəbuletmə qurumu olan Təhlükəsizlik Şurasında təmsil olunmur.

"Sizinxeber.az" xəbər verir ki, bunu Keniya Prezidenti Uillyam Samoei Ruto WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu, Afrika qitəsinə münasibətdə ən böyük paradoksdur:

"BMT Təhlükəsizlik Şurasının gündəliyinin 60 faizi Afrika məsələlərinə həsr olunub. Düşünün, sizin təmsil olunmadığınız masada sizin problemləriniz həll olunur. Ona görə də deyirik ki, BMT-nin mövcudluğunu davam etdirməsi və müəyyən anomaliyaların aradan qaldırılması üçün islahatlar vacibdir. Bakıda Afrikanın BMT Təhlükəsizlik Şurasında təmsilçilik hüququnun təmin olunmasını tələb etmək imkanımız var".

Oxşar xəbərlər

Afrika ölkələrinin BMT TŞ-də təmsil edilməsi təklifi irəli sürülüb
CAR: Afrika ölkələrinin BMT TŞ-də bərabər səlahiyyətlərə ehtiyacı var
Quterreş: Afrika ölkələri tezliklə BMT TŞ-nin daimi üzvü olacaqlar
Braziliya BMT TŞ-nin daimi üzvü olmaq istəyir
Afrika XXI əsrin ortalarında ən gənc qitə olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər