Nqa Kor Minq: Dünyada 2,8 milyard insan qlobal mənzil böhranı ilə üzləşib
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) hesablamalarına görə, dünyada 2,8 milyard insan qlobal mənzil böhranı ilə üzləşib, onlar qeyri-rəsmi yaşayış yerlərində məskunlaşıblar.
"Sizinxeber.az" xəbər verir ki, bunu UN-Habitat Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.
O, tədbir iştirakçılarına çağırış edərək bu istiqamətdə səyləri artırmağa çağırıb:
"Bizim bu məsələdə ümumi məqsədimiz bir olmalıdır. Çünki bu mübarizədə tək deyilik, gəlin, öz səylərimizi iki dəfə artıraq, yeni şəhərsalma gündəliyi istiqamətində ardıcıl və dayanıqlı işlər görək".
Nqa Kor Minq Malayziyanın da bu sahədə təcrübəyə malik olduğunu da bildirib:
"Malayziyanın getdiyi yol yeni şəhərsalma gündəliyinə uyğun gəlir. Biz 1,1 milyon (77 %) əlçatan evlərin yaradılmasına nail olmuşuq. Eləcə də 115 milyon ağac əkərək yaşıllıq hədəflərimizə çatmışıq".
Oxşar xəbərlər
UN-Habitat Assambleyasının prezidenti: Bakı WUF13 dövründə dünya paytaxtına çevrilib
"UN-Habitat" Azərbaycanı tarixdə ən böyük WUF-un keçirilməsi münasibətilə təbrik edib
Nqa Kor Minq: Bakıda keçirilən WUF13-ün yekunlarına əsasən konkret fəaliyyət planı hazırlanmalıdır
UN-Habitat WUF13-ü təcrübə mübadiləsi üçün əvəzolunmaz platforma hesab edir
Minq və Rossbax Bakıda Malayziya və "UN-Habitat"ın əməkdaşlığını müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
