Nigar Alimova: “Yaşayış sahələrinin verilməsi ilə bağlı sovet dövrü qərarları hüquqmüəyyənedici sənəd kimi tanınacaq”
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün əsas sayılan sənədlərin siyahısı genişləndirilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq yaşayış sahələrinin verilməsinə dair sovet dövründə qəbul edildiyi qərarlar da hüquqmüəyyənedici sənədlər siyahısına daxil edilib:
“Bundan əvvəl yalnız rayon xalq deputatları sovetlərinin icraiyyə komitələrinin qərarları hüquqi əsas sayılırdı. İndi isə həmin sovetlərin özlərinin qəbul etdiyi qərarlar da yaşayış evinin və ya mənzilin şəxsin mülkiyyətinə verilməsi üçün hüquqi əsas kimi tanınacaq”, - deyə N. Alimova bildirib.
Xatırladaq ki, ölkə başçısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik edib.
Oxşar xəbərlər
Nigar Alimova: "Azərbaycanda 2001-ci ilə qədər verilmiş torpaq sənədlərinə əsasən mülkiyyət hüququ tanınacaq”
Azərbaycanda texniki pasportu olan tikililərin qeydiyyatı sadələşdirilir
Azərbaycanda sənədsiz evlərin leqallaşdırılması bəzi tikililərə şamil olunmayacaq
Azərbaycanda "fin" tipli evlərin yerində tikilən yeni tikililərə mülkiyyət hüququ tanınacaq
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












