Azərbaycanda texniki pasportu olan tikililərin qeydiyyatı sadələşdirilir
sizinxeber.az xəbər saytı

Azərbaycanda texniki pasportu olan tikililərin qeydiyyatı sadələşdirilir


Azərbaycanda texniki pasportu olan tikililərin qeydiyyatı üçün prosedurlar sadələşdirilir.

"Report" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında deyib.

"Yeni qaydalara əsasən, 2021-ci il yanvarın 1-dək texniki inventarlaşdırma idarələri tərəfindən verilmiş və tərkibində torpaq sahəsinin ölçüləri göstərilən çıxarış və pasport sənədləri hüquq müəyyənedici sənəd kimi qəbul olunacaq", - N. Alimova vurğulayıb.

Onun sözlərinə görə, həmin sənədlərlə müraciət edən vətəndaşlar eyni zamanda həm torpaq sahəsini, həm də tikilini qeydiyyatdan keçirə biləcəklər:

“Bundan sonra qeydiyyat üçün tikilinin əvvəlcədən sistemdə tanınıb-tanınmaması şərti aradan qaldırılır”.

Xatırladaq ki, ölkə başçısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik edib.

Oxşar xəbərlər

Nigar Alimova: "Azərbaycanda 2001-ci ilə qədər verilmiş torpaq sənədlərinə əsasən mülkiyyət hüququ tanınacaq”
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir
Nigar Alimova Bakıda vətəndaşları qəbul edəcək
Nigar Alimova: "Sənədsiz evlərlə bağlı problemlərin həlli istiqamətində çalışırıq"
Azərbaycanda SSRİ dövründə ayrılmış torpaq sahələrinin qeydiyyatı asanlaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər