Avstraliyanın baş məşqçisi: Oyunçular özlərini mükəmməl göstəriblər
sizinxeber.az xəbər saytı

Avstraliyanın baş məşqçisi: Oyunçular özlərini mükəmməl göstəriblər


Dünya çempionatında Türkiyə millisini 2:0 hesabı ilə məğlub edən Avstraliyanın baş məşqçisi Toni Popoviç oyunun belə nəticələnməsinə görə çox sevindiyini bildirib.

"Sizinxeber.az" xəbər verir ki, T. Popoviç bunu matçdan sonra SBS telekanalının efirində deyib.

"Burada baş məşqçi kimi olmağımdan qürur duyuram", - o vurğulayıb və komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edib.

Popoviç yığmanın oyununu belə qiymətləndirib:

"Heyətin işi və məşqçi skamyasında qəbul edilən doğru qərarlarla qürur duyuram. Mən onları istiqamətləndirməyə, oyunçuları dəstəkləməyə çalışdım və onlar özlərini mükəmməl göstəriblər".

Qeyd edək ki, Türkiyənin baş məşqçisi Vinçentso Montella azarkeşlərə növbəti oyunda daha yaxşı nəticə vəd edib.

Oxşar xəbərlər

Avstraliya yığmasının yeni baş məşqçisi müəyyənləşib
Türkiyənin baş məşqçisi: Növbəti oyunda daha yaxşısını edəcəyik
"Gəncə"nin baş məşqçisi Halil Atlı: "Basketbolçularımla qürur duyuram"
"Levski"nin baş məşqçisi: "Özümüzü "Sabah"la oyunun favoriti hesab etsək, nəticə bizim üçün yaxşı olmaya bilər"
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino: "Futbolçular böyük tərifə layiqdirlər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər