Energetika Nazirliyi III rübdə 44 icazə verib
sizinxeber.az xəbər saytı

Energetika Nazirliyi III rübdə 44 icazə verib


Bu ilin iyul-sentyabr aylarında Energetika Nazirliyi tərəfindən ümumilikdə 44 icazə verilib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Bildirilib ki, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı üzrə 38, ixracı üzrə 3, tranziti üzrə isə 1 icazə verilib.

"Rüb ərzində, həmçinin 150 kilovatdan yuxarı elektrik enerjisinin istehsalına 1 icazə, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə 1 icazə verilib.
Rüb ərzində bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib", - məlumatda deyilir.

Qeyd edək ki, Energetika Nazirliyi bu ilin 9 ayı ərzində 135 icazə verib.

Oxşar xəbərlər

Norveç Ukraynaya birbaşa silah satışına icazə verdi
“Bakı KOB evi”ndə sahibkarlara xidmətlərin əksəriyyəti RİNN tərəfindən göstərilib
İşçi ayda neçə gün işdən icazə ala bilər?
Qazaxıstanın Energetika Nazirliyi 8 ay ərzində BTC ilə neft tranzitinin həcmini açıqlayıb
Azərbaycanda elektrik qurğularının istismarı ilə bağlı tələb dəyişib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər