Bu il Azərbaycan təbii qaz ixracını 3 %-dən çox artırıb
Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13 milyard 845 milyon 429,23 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Sizinxeber.az” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, ötən 7 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 4 milyard 755 milyon 767,70 min ABŞ dolları təşkil edib.
Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 3,22 % çox, dəyəri isə 46,77 % azdır.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 29,54 % olub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.
Oxşar xəbərlər
Bu il Azərbaycan 14 milyon tondan çox neft ixrac edib
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2 dəfədən çox azalıb
Azərbaycanın idxalında azadolmaların həcmi açıqlanıb
Azərbaycanın tomat ixracından gəliri 68 %-dən çox artıb
Azərbaycan mayda Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"
-
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
-
İlham Əliyev: "Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir"
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb












