Azərbaycan təbii qaz ixracını 20 %-ə yaxın artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan təbii qaz ixracını 20 %-ə yaxın artırıb


Bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 5 milyard 899 milyon 150,19 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Sizinxeber.az” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 2 milyard 205 milyon 620,47 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk üç ayı ilə müqayisədə 19,58 %, dəyəri isə 25,88 % çoxdur.

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,54 % olub.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 12 milyard 48,87 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 662,97 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,7 %, idxal isə 52,6 % artıb.

Oxşar xəbərlər

Azərbaycan 11 ayda 23 milyard kubmetrdən çox təbii qaz ixrac edib
Azərbaycan 10 ayda 21 milyard kubmetrdən çox təbii qaz ixrac edib
Bu il Azərbaycan təbii qaz ixracını 3 %-dən çox artırıb
Azərbaycan I rübdə neft ixracını 7 %-dən çox artırıb
Bu il Azərbaycan 20 milyon tondan çox neft ixrac edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle