"Europower Energy": MDB-də elektrik avadanlıqlarının səmərəliliyi lazımınca qiymətləndirilmir
MDB ölkələrində elektrik avadanlıqlarının səmərəliliyi lazımınca qiymətləndirilmir.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Europower Energy"nin beynəlxalq biznesin inkişafı üzrə meneceri Fuat Ege Aslan Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, bu, enerjiyə bol çıxışın olduğu və səmərəliliyin Sovet İttifaqında o qədər də kritik olmadığı dövrlərdən qaynaqlanır: "Lakin bu gün bu, çox vacibdir. Bura transformatorların səmərəliliyindən və onların itkilərindən tutmuş kabel ölçülərinə, istifadə etdiyimiz və sistemə tətbiq etdiyimiz elektrik avadanlıqlarının kilovattlarına, onların ağıllı inteqrasiyası və monitorinqinə qədər hər şey daxildir".
Qonaq əlavə edib ki, qeyd edilən regionda transformator səmərəliliyinin Avropa ilə eyni səviyyədə olmadığını görmək mümkündür: "Əksər Avropa ölkələri, hətta hazırda müharibə şəraitində olan Ukrayna belə, hələ də 1-ci və ya 2-ci səviyyə itkili transformatorlar axtarır. Hərçənd ki, səmərəlilik yaxşılaşdırmaları çox qısa müddətdə özünü ödəyir. İnfrastruktur layihələrinə bu qədər böyük pullar xərclədiyimiz zaman bu aspektləri diqqətlə nəzərdən keçirməliyik. Buna görə də hesab edirəm ki, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hətta kabellər və boltlar belə rol oynaya bilər. Lakin güc avadanlığı, əlbəttə ki, səmərəliliyə nail olmaqda ən kritik rolu oynayır".
O, bərpa olunan enerji haqqında danışarkən səməliliyin önəmini bir daha qeyd edib: "Bərpa olunan enerji böyük ölçüdə səmərəliliyə bağlıdır. Səmərəlilikdən danışanda biz panel səmərəliliyi, elektrik ötürmə avadanlıqlarının səmərəliliyi və ötürmə xətlərinin səmərəliyini nəzərdə tuturuq. Bu baxımdan şəbəkələrimizdəki gücü qiymətləndirməliyik, ötürmə xətlərinin və yarımstansiyaların keyfiyyətinin və gücünün hərtərəfli qiymətləndirildiyini təmin etməliyik. Bərpa olunan enerji elektrik stansiyaları qurmadan əvvəl ilk növbədə lazımi infrastrukturu inkişaf etdirməliyik. Uzunmüddətli proqnozlar aparmalıyıq, çünki bunlar nəhəng, bahalı avadanlıqlardır və çatdırılma müddətləri uzundur. Buna görə də o mərhələdə heç bir uğursuzluğa yol verə bilmərik".
Oxşar xəbərlər
Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
Dünya Bankı Azərbaycanın enerji səmərəliliyinin artırılması nəticəsində əldə edəcəyi gəlirləri açıqlayıb
İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
Rövşən Nəcəf: “Dekarbonizasiya fəaliyyətləri ilə bağlı xərclər ildən-ilə azalacaq”
Rəna Hümbətova: "Gələn ilin sonunadək Azərbaycanda 8 yeni GES istifadəyə veriləcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı müzakirə olunub
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
SOCAR ilə "Chevron" birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər
