Bəhreyn öz vətəndaşlarına İran və İraqa səfər etməyi qadağan edib
Bəhreyn hökuməti ölkə vətəndaşlarına İran və İraqa getməyi qadağan edib.
"Sizinxeber.az" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Bəhreynin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qadağa regionda davam edən gərginlik və təhlükəsizlik məsələlərindəki cari vəziyyətlə bağlıdır.
Daha əvvəl bildirilirib ki, İran İsrailin Livana davam edən zərbələrinə etiraz əlaməti olaraq danışıqlar prosesi çərçivəsində ABŞ ilə məlumat mübadiləsini dayandırır. İran ordusunun nümayəndələri həmçinin hədələrlə çıxış ediblər. Bildirilib ki, əgər İsrail Livanın cənubunda "Hizbullah" qruplaşmasına qarşı hərbi əməliyyatları dayandırmasa, onun şimal hissəsinə zərbə endirəcək.
Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran tərəfi ilə danışıqlar davam edir. O, həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparıb və onu Beyrutda irimiqyaslı əməliyyat həyata keçirməməyə çağırıb. ABŞ liderinin iddiasına görə, bundan sonra İsrail qoşunları geri çəkilib.
Vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır, çünki tərəflərin hər biri ziddiyyətli bəyanatlar verir.
Oxşar xəbərlər
İran parlamentinin sədri Livanın baş naziri ilə danışıqlar aparıb
BƏƏ vətəndaşlarına İran, İraq və Livana səyahətləri qadağan edib
BƏƏ vətəndaşlarına bu ölkələrə getməyi qadağan etdi
İran Livanla münaqişə kəskinləşəcəyi təqdirdə İsrailin şimalına zərbə endirəcək
Beyrutda partlayış olub, İran səfiri və "Hizbullah" döyüşçüləri yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
"ABB Energi İndustries": Enerji sektorunda avtonomluğun qiymətləndirilməsi üçün vahid yanaşma yoxdur
