Bakıdan bölgələrə iki gün ərzində 20 000-ə yaxın sərnişin daşınıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2026
15:00
0
0
1 006
ff aaaaaaa

Bakıdan bölgələrə iki gün ərzində 20 000-ə yaxın sərnişin daşınıb

28 may, 2026
15:00
1 006

Bakıdan bölgələrə iki gün ərzində 20 000-ə yaxın sərnişin daşınıb

Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar mayın 26-dan gücləndirilmiş iş rejimində çalışır.

Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

İki gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 592 reys həyata keçirilib, 20 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 180 reys həyata keçirilib.

Sərnişinlərin 55 %-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edərək səfərlərini reallaşdırıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul