Qordon Birrell: "ADUA blokunda seysmik və qazma kəşfiyyat işləri planlaşdırılır"
sizinxeber.az xəbər saytı

Qordon Birrell: "ADUA blokunda seysmik və qazma kəşfiyyat işləri planlaşdırılır"


"Əşrəfi-Dan-Ulduzu-Aypara" (ADUA) perspektivli strukturlar blokunda əvvəlcə seysmik kəşfiyyat işləri, sonra isə kəşfiyyat qazma işləri aparılacaq.

"Report" xəbər verir ki, bu barədə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell Bakı Enerji Forumu çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"ADUA blokunda əvvəlcə seysmik kəşfiyyat işləri, sonra isə kəşfiyyat qazma işləri aparılacaq. Əgər biz uğur əldə etsək, neft və ya qazın çatdırılması üçün infrastruktur artıq mövcud olan “Azəri-Çıraq-Günəşli” güclərinə qoşula bilər", - o qeyd edib.

Bununla belə, Q.Birrell, göstərilən tədqiqatların mümkün həyata keçirilmə müddətlərini dəqiqləşdirməyib.

Qeyd edək ki, bu gün BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən iki dəniz kəşfiyyat və işlənmə blokunda - “Qarabağ” və “Əşrəfi -Dan Ulduzu-Aypara” - iştirak payları almasını başa çatdırıb. Sövdələşməni rəsmiləşdirən sazişlər bu gün BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb.

Birinci blok Bakıdan 120 km şərqdə, Günəşli yatağından 20–25 km məsafədə, suyun 150–200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış Risk Xidməti Sazişi (RXS) mövcuddur.

İkinci blok Bakıdan 90–110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən ADUA sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid hasilatın pay bölgüsü sazişi (HPBS) də 2018-ci ildə imzalanıb.

Bu layihələrin hər birində BP SOCAR-dan 35 %-lik iştirak payı əldə edib. Hər iki sazişdə qalan 65 %-lik iştirak payını SOCAR özündə saxlayacaq.

BP hər iki müqavilə üzrə operator olacaq.

Oxşar xəbərlər

Qordon Birrell: “Qarabağ yatağından ilk neftin 2029-cu ildə hasil olunacağı gözlənilir”
BP Xəzərdə iki kəşfiyyat və işlənmə blokunda pay alıb
"Şəfəq-Asiman" blokunda daha bir quyu qazılacaq
SOCAR və BP “Qarabağ” və “Əşrəfi -Dan Ulduzu–Aypara” neft yataqlarına dair Anlaşma Memorandumu imzalayıblar
BP-nin vitse-prezidenti: "Qarabağ" yatağında yaradılacaq infrastruktur AÇG blokunda mövcüd infrastruktura qoşulacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər