Mingəçevirin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
sizinxeber.az xəbər saytı

Mingəçevirin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq


Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində Martın 18-də 110/35/6 kV-luq "Şəhər" yarımstansiyasından çıxan 6 kV-luq 15 saylı "Bağlar" hava xəttində təmir və yenidənqurma işləri aparılacaq.

Bu barədə "Report"a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, köhnə dayaqlar yeni metal dayaqlarla əvəz olunacaq, sözügedən xətdən qidalanan Transformator Məntəqələri (TM) və Komplekt Transformator Məntəqələrində (KTM) təmir işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Mingəçevir şəhəri Günəşli bağ massivində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Lənkəranda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Sabah Binəqədinin bir sıra qəsəbələrində elektrik enerjisi olmayacaq
Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Bu gün Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər