Bu gün Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
sizinxeber.az xəbər saytı

Bu gün Lənkəranın bəzi ərazilərində işıq olmayacaq


Bu gün Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Sizinxeber.az”a “Azərişıq ASC”-dən bildirilib.

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 2 saylı hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 13:30-dan saat 15:30-dək şəhərin Səttar Xan, Həzi Aslanov, Zərifə Əliyeva küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Qeyd edilib ki, təmir işləri başa çatdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Lənkəranın 14 kəndində işıq olmayacaq
Sabah Suraxanı və Yardımlının bəzi ərazilərində işıq olmayacaq
Bakı, Cəlilabad və Lənkəranın bir hissəsində işıq olmayacaq
Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Masallının bir sıra kəndlərində işıq olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər