Sadiq Qurbanov: "Azərbaycan bərpa olunan enerjinin payını 2035-ci ilədək 40,4 %-ə çatdırmağı hədəfləyir"
sizinxeber.az xəbər saytı

Sadiq Qurbanov: "Azərbaycan bərpa olunan enerjinin payını 2035-ci ilədək 40,4 %-ə çatdırmağı hədəfləyir"


Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə üçün böyük potensial mövcuddur.

“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında bildirib.

Onun sözlərinə görə, quruda texniki bərpa olunan enerji potensialı 135 giqavat, dənizdə isə 150 giqavat səviyyəsində qiymətləndirilir: "Mövcud inkişaf tempi nəzərə alınaraq, Azərbaycan daxili istehlak üçün qoyuluş gücündə bərpa olunan enerjinin payını 2027-ci ilə qədər 33,1 %-ə, 2030-cu ilə qədər 35,1 %-ə, 2035-ci ilədək isə 40,4 %-ə çatdırmağı hədəfləyir".

S. Qurbanov xatırladıb ki, hazırda ölkədə bir sıra şirkətlər tərəfindən bərpa olunan enerji layihələri həyata keçirilir və bu sahəyə maraq getdikcə artır: "2027-ci ilə qədər Azərbaycanda altı günəş və iki külək enerjisi layihəsinə ümumilikdə 2,5 milyard ABŞ dolları həcmində sərmayə qoyulması proqnozlaşdırılır".

Oxşar xəbərlər

Nazir müavini: "2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payını 30 %-dən çox etmək olar"
İrlandiyalı nazir: "Azərbaycan bərpa olunan olunan enerjinin ixracını balanslaşdıra bilir"
Nazir müavini: "Azərbaycan enerji sektorunu daha çox bərpa olunan mənbələr hesabına şaxələndirir"
IRENA: Dünya ölkələri 2035-ci ilə qədər karbon emissiyalarını 65 % azaltmalıdır
Fəqan Abdurəhmanov: "Azərbaycanda 4500 hektar ərazi bərpa olunan enerji zonası kimi müəyyən edilib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər