Türkiyədə zəncirvari qəzada dörd nəfər ölüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
31 
may
2026
13:30
ff aaaaaaa

Türkiyədə zəncirvari qəzada dörd nəfər ölüb

31 may, 2026
13:30
969

Türkiyədə zəncirvari qəzada dörd nəfər ölüb

Türkiyənin İsparta-Antalya avtomobil yolunda Elsazı kəndi yaxınlığında avtomobil qəzası olub, iki sürücü və iki sərnişin ölüb, 11 nəfər xəsarət alıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

"Dörd avtomobilin toqquşması zamanı sürücülərdən İsmail Kır və Furkan Kürşat Yıldız, həmçinin sərnişinlərdən İnci Yıldız (55) ilə Ramazan Yıldız (60) həyatını itirib", - məlumatda bildirilib.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürən və jandarm briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul