Fəqan Abdurəhmanov: "Azərbaycanda 4500 hektar ərazi bərpa olunan enerji zonası kimi müəyyən edilib"
sizinxeber.az xəbər saytı

Fəqan Abdurəhmanov: "Azərbaycanda 4500 hektar ərazi bərpa olunan enerji zonası kimi müəyyən edilib"


Hazırda Azərbaycanda 4 500 hektar ərazi bərpa olunan enerji zonası kimi müəyyən edilib.

“Report” xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdiri Fəqan Abdurəhmanov COP29 çərçivəsində keçirilən Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda bildirib.

"Hazırda Azərbaycan qarşısına iddialı hədəflər qoyur və bunlardan biri 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji mənbələrinin payının 30 %-ə çatdırılmasıdır. Bu keçid (təmiz enerjiyə) asan proses olmasa da, uzunmüddətli perspektivdə dayanıqlılığa və enerji təhlükəsizliyinə nail olmaq üçün vacibdir", - o qeyd edib.

F.Abdurəhmanov xatırladıb ki, Azərbaycanda 2027-ci ilə qədər bərpa olunan enerji mənbələri sahəsinə 2,8 milyard ABŞ dolları investisiya qoyulması, 8 böyük günəş və külək elektrik stansiyasının inşası və milli enerji sisteminə inteqrasiyası planlaşdırılır.

Onun sözlərinə görə, bu investisiyalar hesabına təxminən 2 GVt həcmində bərpa olunan enerji gücü yaradılacaq.

"2 GVt sadəcə rəqəm deyil, bu, beynəlxalq şirkətlər tərəfindən aparılan qiymətləndirmələr əsasında hesablanmış bir rəqəmdir. Bu rəqəm bizim enerji sistemimizin müəyyən təkmilləşdirmələr, modernləşdirmə və s. şərtilə 2030-cu illədək nə qədər bərpa olunan enerji qəbul edə biləcəyini göstərir", - şöbə müdiri bildirib.

Oxşar xəbərlər

Azərbaycan IRENA Şurasının toplantısında təmsil olunub
Koreya Enerji Agentliyi: Mərkəzi Asiyada bərpa olunan enerji üçün istifadə edilməmiş potensial var
Nazir müavini: "Azərbaycan enerji sektorunu daha çox bərpa olunan mənbələr hesabına şaxələndirir"
Azərbaycanda bərpa olunan enerji stansiyaları üçün 2.8 mlrd. dollar investisiya planlaşdırılır
Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərracın qalibi COP29-da elan ediləcək - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər