Aleksandr Stubb: Azərbaycanla qlobal təhlükəsizlikdə substansiv dialoqumuzu davam etdirməyə ümidvaram » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2026
13:00
ff aaaaaaa

Aleksandr Stubb: Azərbaycanla qlobal təhlükəsizlikdə substansiv dialoqumuzu davam etdirməyə ümidvaram

28 may, 2026
13:00
820

Aleksandr Stubb: Azərbaycanla qlobal təhlükəsizlikdə substansiv dialoqumuzu davam etdirməyə ümidvaram

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Sizə və xalqınıza Finlandiya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Konstruktiv əməkdaşlığımızı, Avropa və qlobal təhlükəsizlik məsələləri ilə bağlı substansiv dialoqumuzu davam etdirməyə ümidvar olduğumu bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul