Paşinyan Ermənistan ərazisindən qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2026
00:30
ff aaaaaaa

Paşinyan Ermənistan ərazisindən qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb

28 may, 2026
00:30
965

Paşinyan Ermənistan ərazisindən qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb

Ermənistan Baş naziri Nikol Paşinyan respublika ərazisindən tranzit qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb.

"Report" xəbər verir ki, o bunu seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə görüşdə bəyan edib.

"Ölkəmizin ərazisindən qaz kəməri keçəcək, biz bu tranzitə görə qaz alacağıq", - Ermənistan Baş naziri bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan artıq şərqdən qərbə dəmir yolu əlaqəsinə malikdir, həmçinin Axalkalaki - Qars dəmir yoluna çıxışı var.

O həmçinin qeyd edib ki, Azərbaycan ərazisindən keçən dəmir yolu açılıb və yaxın zamanda TRIPP layihəsi ("Tramp marşrutu") fəaliyyətə başlayacaq.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul