Rusiyanın xəbərdarlığına baxmayaraq, Almaniyanın Kiyevdəki səfirliyi fəaliyyətini davam etdirəcək
sizinxeber.az xəbər saytı

Rusiyanın xəbərdarlığına baxmayaraq, Almaniyanın Kiyevdəki səfirliyi fəaliyyətini davam etdirəcək


Rusiyanın Kiyevə sistemli zərbələr endirəcəyi ilə bağlı hədələrinə baxmayaraq, Almaniyanın Ukraynadakı səfirliyi fəaliyyətini davam etdirəcək.

Bu barədə Almaniya səfirliyindən “İnterfaks-Ukrayna” agentliyinə bildirilib.

Diplomatik nümayəndəlikdən qeyd olunub ki, səfirlik Kiyevdə fəaliyyətini adi rejimdə davam etdirir və personalın təxliyəsi planlaşdırılmır.

“Bizim səfirliyimiz təhlükəsizlik konsepsiyamıza uyğun olaraq adi rejimdə çalışmağa davam edir. Biz personalı çıxarmırıq və heyətin tərkibində başqa dəyişikliklər etmirik. Almaniya səfirliyi burada, Kiyevdə – Ukraynanın yanındadır”, – səfirlikdən bildirilib.

Oxşar xəbərlər

Suriyanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb
İtaliyanın xarici işlər naziri: "İrandakı səfirliyimiz fəaliyyətini Bakıda davam etdirəcək"
XİN: Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir
Almaniya XİN rəhbəri: Trampın Kiyevə yardımı davam etdirmək qərarı Mertsin səyləri ilə bağlıdır
XİN: Belarusun Dəməşqdəki səfirliyi fəaliyyətini davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər