Azərbaycanda biznes fəaliyyətinin stimullaşdırılması müzakirə edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda biznes fəaliyyətinin stimullaşdırılması müzakirə edilib


Azərbaycanda biznes fəaliyyətinin stimullaşdırılması, dövlət müəssisələrinin səmərəli idarə olunması, dövlət-özəl tərəfdaşlığı barədə müzakirələr aparılıb.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O, qeyd edib ki, müzakirələr bu gün Bakıda keçirilmiş “LEGIS” Hüquq forumunda baş tutub.

"Forum qanunvericiliyin təkmilləşdirilməsi sahəsində təkliflərin dəyərləndirilməsi və məlumat mübadiləsi üçün əhəmiyyətli platforma olub. Təşkilatçılıq və dəvət üçün “PAŞA Holdinq”ə təşəkkür edirik”,- deyə nazir vurğulayıb.

Oxşar xəbərlər

Mikayıl Cabbarov: "Dövlət-özəl sektor tərəfdaşlığının inkişafı effektiv nəticə verir"
Mikayıl Cabbarov: "9 ayda özəl sektorda 75 min yeni iş yeri yaradılıb"
Mikayıl Cabbarov: “Azərbaycanda 7 qiqavat gücündə investisiya layihələri icra olunur”
Azərbaycan Misirlə biznes dairələri arasında əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər