Azərbaycan Misirlə biznes dairələri arasında əməkdaşlığı müzakirə edib
Azərbaycan və Misir arasında biznes dairələri arasında əməkdaşlıq müzakirə edilib.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr ölkəmizdə səfərdə olan Misirin beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşatla görüşdə baş tutub.
"İki ölkə arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və Misir tərəfinin Orta Dəhlizlə daşımalara cəlb olunması məsələlərini müzakirə etdik. Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində növbəti addımlar, o cümlədən biznes dairələri arasında əməkdaşlığa dair fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan və CISCO ölkəmizdə regional mərkəzin yaradılmasını müzakirə edib
Azərbaycan və Misir Baş nazirlərinin görüşü olub
Azərbaycan və İraq logistika və tranzit əlaqələrini müzakirə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
