Mikayıl Cabbarov: "Dövlət-özəl sektor tərəfdaşlığının inkişafı effektiv nəticə verir"
sizinxeber.az xəbər saytı

Mikayıl Cabbarov: "Dövlət-özəl sektor tərəfdaşlığının inkişafı effektiv nəticə verir"


Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafı sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində effektiv nəticə verir.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, Dünya İqtisadi Forumunun hökumət texnologiyalarının qlobal ictimai təsiri ilə bağlı hesabatında Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələri, iqtisadiyyatın rəqəmsallaşması üzrə əldə edilmiş uğurlar xüsusi vurğulanıb: “İqtisadi səmərəlilik və sosial fayda, strateji biznes imkanları, dövlət xidmətlərinin həyata keçirilməsində özəl sektorun iştirakı qeyd edilib. Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi özəl sektorun təşəbbüslərini və investisiya qoyuluşlarını artırır”.

Oxşar xəbərlər

Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində vergi təşviqləri verilib
Mikayıl Cabbarov: "9 ayda özəl sektorda 75 min yeni iş yeri yaradılıb"
Naxçıvanda özəl sektorun inkişafına yönəlmiş dəstəkləyici tədbirlər müzakirə olunub
Azər Əmiraslanov: "Azərbaycanda xidmət sektoru məşğulluğun artırılması üçün əsas potensial sahələrdən biridir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər