Azərbaycandan Ermənistana bu gün neft məhsullarının növbəti partiyası ixrac olunacaq
sizinxeber.az xəbər saytı

Azərbaycandan Ermənistana bu gün neft məhsullarının növbəti partiyası ixrac olunacaq


Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq.

9 may tarixində Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndəriləcək.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə 9 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4000 ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Oxşar xəbərlər

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 8 vaqon gübrə göndərilib - YENİLƏNİB
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndərilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər