“Azexport” profilaktik vasitələrin ixracına sərbəst satış sertifikatı verib
sizinxeber.az xəbər saytı

“Azexport” profilaktik vasitələrin ixracına sərbəst satış sertifikatı verib


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı Azərbaycanda istehsal olunan “vitamin D3”, “boğaz spreyi” və digər profilaktik vasitələrin ixracına sərbəst satış sertifikatı (Certificate of Free Sale) verib.

"Report" bu barədə Mərkəzə istinadən xəbər verir.

Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, bu il ölkəmizdə istehsal olunan qida əlavələrinə və vitaminlərə xarici alıcıların marağı artıb. İxracatçıların müraciətləri əsasında, həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulan profilaktik vasitələrin ixracına sərbəst satış sertifikatları verilib.

A.Qədəşov onu da qeyd edib ki, sərbəst satış sertifikatı bəzi ölkələrdə fərqli adlarda təqdim olunur. Buna misal olaraq “Certificate of Marketability”, “Certificate of Export and Free Sale”, “Free Sale & Commerce Certificate”, “Certificate for Export Commodity Inspection” kimi adları qeyd etmək olar. Adlar fərqli olsa da, eyni mənanı və funksiyanı daşıyan və ölkəmizdə “Azexport”un təqdim etdiyi sərbəst satış sertifikatıdır.

Oxşar xəbərlər

Naxçıvandan Efiopiyaya qənnadı məhsulları ixrac ediləcək
“Azexport” Latviyanın “STC” şirkəti ilə əməkdaşlığa başlayır
Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq
Azərbaycan Efiopiyaya un məmulatları ixrac edəcək
“Azexport” Azərbaycan mallarını Şri-Lanka və Hindistana ixrac edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər