Bakıda obyektdə yanğın söndürülüb, xəsarət alan olmayıb - YENİLƏNİB-1 - FOTO - VİDEO
sizinxeber.az xəbər saytı

Bakıda obyektdə yanğın söndürülüb, xəsarət alan olmayıb - YENİLƏNİB-1 - FOTO - VİDEO


Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində çoxmərtəbəli yaşayış binasında yerləşən obyektdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-in mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Nazirliyin qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

***

19:09

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

19.01

Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib.

Sizinxeber.az xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində yerləşən obyektdə qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib - YENİLƏNİB - VİDEO
Bakıda yaşayış binasında yanğın baş verib - VİDEO
9-cu mikrorayonda yaşayış binasında yanğın olub - YENİLƏNİB
Bakıda obyektdə yanğın başlayıb - YENİLƏNİB - FOTO - VİDEO
“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər