Rektor: Halal qida sektoru iqtisadiyyatı iki trilyon dollardan yüksəkdir
Hazırda halal qida sektoru iqtisadiyyatı iki trilyon dollardan yüksəkdir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov "Halal iqtisadiyyat" adlı dərs vəsaitinin təqdimatında deyib.
Onun sözlərinə görə, halal iqtisadiyyat sektoru Malayziyada daha çox inkişaf edib:
"Malayziyaya səfərimiz zamanı sözügedən sahənin Azərbaycanda da necə inkişaf edə biləcəyi barəsində fikir mübadiləsi apardıq. Nəticədə "Halal iqtisadiyyat" adlı dərs vəsaitinin yazılması fikri ortaya çıxdı".
A.Şirinov bildirib ki, ümumilikdə, 8 fəsildən ibarət kitabda halal iqtisadiyyata dair şəriət tələbləri, halal idarəetmənin etik məsələləri, ticarət əqdlərində halallıq prinsipləri, halal turizm, qlobal halal ticarət dinamikası və bununla bağlı çağırışlar, Azərbaycanda halal iqtisadiyyatın sahibkarlığın inkişafına təsir perspektivləri və s. kimi məsələlər ətraflı təhlil edilib, bu istiqamətdə qarşıda dayanan vəzifələr göstərilib.
Oxşar xəbərlər
İƏT rəsmisi: “Halal biznes bazarı MDB regionunda iqtisadi inkişaf üçün böyük imkanlar yaradır”
AQTİ: Azərbaycanda 14 müəssisə “HALAL” sertifikatı almaq üçün müraciət edib
"Halal" standartlar üzrə qurumların akkreditasiya tələbləri hazırlanır
Pakistan İnstitutu: Azərbaycan halal turizm sektorunda əhəmiyyətli investisiya imkanlarına malikdir
Oktyabrda Azərbaycanda ilk dəfə Halal Biznes Forumu keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident İlham Əliyevin doğum günüdür












