09
in
2026
18:30
yuxarı
Azərbaycanın U-17 millisi Qazaxıstana ikinci oyunda da uduzub
Azərbaycanın U-17 millisi Qazaxıstana ikinci oyunda da uduzub
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstan yığmasına ikinci yoxlama oyununda da uduzub.
"Report" xəbər verir ki, görüş bu gün Qəbələ şəhər stadionunda baş tutub.
Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda rəqibinə 0:1 hesabı ilə məğlub olub.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüşdə Qazaxıstan millisi 5:2 hesablı qələbə qazanıb.
