İran XİN sözçüsü: ABŞ-la memorandum sabah imzalanmayacaq, gözləmək lazımdır
sizinxeber.az xəbər saytı

İran XİN sözçüsü: ABŞ-la memorandum sabah imzalanmayacaq, gözləmək lazımdır


ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu yaxın günlərdə imzalana bilər, amma bu, sabah olmayacaq.

Sizinxeber.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“Memorandumun dəqiq nə vaxt imzalanacağı ilə bağlı gözləməliyik. Bu, sabah baş verməyəcək, lakin yaxın günlərdə imzalanması ehtimalını da istisna etmək olmaz”, – Bəqai bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun mövqeyindəki qeyri-müəyyənlik səbəbindən proseslə bağlı açıqlamalarda ehtiyatlı olmaq lazımdır.

“Digər tərəfin tərəddüdlü davranışını nəzərə alaraq, bu proseslə bağlı istənilən şərhdə ehtiyatlı olmalıyıq”, – İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.

Bəqai ABŞ-ın regional hadisələrlə bağlı bəzi mövqelərinə də toxunaraq bildirib ki, Vaşinqtonun müəyyən məsələlərdə Tehranla razılaşmaması İran üçün problem yaratmır.

“ABŞ-ın bəzi məsələlərdə razılaşmaması bizim üçün problem yaratmır. Biz öz maraqlarımız əsasında və beynəlxalq hüquq çərçivəsində hərəkət etməliyik. Harada milli maraqlarımızın tələb etdiyini görsək və addımlarımız beynəlxalq hüquqa uyğun olsa, həmin istiqamətdə fəaliyyət göstərəcəyik”, – o əlavə edib.

Oxşar xəbərlər

Abbas Araqçi sabah Ermənistana səfər edəcək
İran XİN: Anlaşma memorandumunun yekunlaşdırılması mərhələsindəyik
Bəqai: İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb
İran XİN rəhbəri Çinə səfər edəcək
İran XİN ABŞ-la danışıqların altıncı raundu ilə bağlı qərarın hələ verilmədiyini bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər