Zahid Oruc: Azərbaycanda valideynlərin 90,5%-i uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsini dəstəkləyir
sizinxeber.az xəbər saytı

Zahid Oruc: Azərbaycanda valideynlərin 90,5%-i uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsini dəstəkləyir


Azərbaycanda valideynlərin 90,5%-i uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsini dəstəkləyir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda "YouTube" (69.1%), "WhatsApp" (47.9%) və "TikTok" (33.0%) qərarlaşır.

O qeyd edib ki, 2025-ci ilin dekabrında Sosial Tədqiqatlar Mərkəzinin 1100 respondent arasında keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən, Azərbaycanda insanların 87.3%-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifini dəstəkləyir:

"11.1% təkliflə razılaşmır, 1.6% bu barədə fikir bildirmir. Başqa sözlə, uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifləri əhalidən gəlir, sosial sifarişdir. Məktəbyaşlı övladı olanların 90.5%-i təklifə müsbət yanaşır. Nisbətən tənqidi yanaşma gənclərin və ali təhsillilərin rəylərində önə çıxır".

Oxşar xəbərlər

Azərbaycanda sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur
Almaniyada yaşı 16-dan az olanlara sosial mediadan istifadənin qadağan olunması təklif edilib
Zahid Oruc: İqlim dəyişikliyinin əsas səbəblərı sırasında sosial amillər xüsusi yer tutur
Norveçdə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışı məhdudlaşdırıla bilər
Aynur Sofiyeva: Uşaqların sosial şəbəkədəki təhlükələrdən qorunması üçün təcili tədbirlərə ehtiyac var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər