Azərbaycanın kişi tennisçilərdən ibarət yığması "Davis Cup"da iştirak edəcək
sizinxeber.az xəbər saytı

Azərbaycanın kişi tennisçilərdən ibarət yığması "Davis Cup"da iştirak edəcək


Azərbaycanın kişi tennisçilərdən ibarət yığması "Davis Cup"da iştirak edəcək.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Tennis Federasiyasından (ATF) bildirilib.

Komanda yarışda iştirak etmək məqsədilə Moldovaya yola düşüb. ATF-nin vitse-prezidenti Orxan Manaflı və koordinatoru Yalçın Manaflının rəhbərliyi altında turnirdə ölkəmizi Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimov təmsil edəcəklər.

Qeyd edək ki, tennisçilər "Davis Cup"ın III qrupunda mübarizə aparacaqlar. Yarış iyunun 10–13-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycanın tennis millisi “Davis Cup”da üçüncü qrupa yüksəlib
Azərbaycanın tennis millisi “Davis Cup”da pley-offa yüksəlib
Azərbaycan yığması Avropa çempionatının II təsnifat mərhələsində iştirak edəcək
Azərbaycanın taekvondo millisi Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanın gənc boksçuları Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər